
26 oktyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV tədris ilinin tələbələrinə karyera planlaşdırılması ilə bağlı seminar keçirilmişdir. Cəlilabad şəhər, Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, təcrübəli metodist,aktivliyi və işgüzarlığı ilə seçilən Gülər Bayramovanın təqdimatı ilə keçirilən seminarda ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova, “Keyfiyyətin təminatı” şöbəsinin müdiri Dürdanə Əliyeva, "Tələbə və tədrisin idarə olunması" şöbəsinin əməkdaşı Rüfət Sabirli, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi Dəyanət Əskərov və “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ilinin tələbələri iştirak etmişlər.
Müasir tədrisin tələbləri diqqətə alınmaqla keçirilən və son dərəcə maraqla izlənilən seminarda tələbələrə gələcək pedaqoji fəaliyyətləri üçün çox dəyərli olacaq yeni biliklər verilib, əyani olaraq əşyavi nümunələrlə kiçik övladlarımıza dərsi sevdirmə bacarıqları onlara nümayiş etdirilib.
Dekan, baş müəllim Mənzilə Rəhimova Respublikamızda təhsilin inkişafına Dövlət qayğısından söz açaraq Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban Xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirib. Müstəqil ölkəmizin gələcəyi olan kiçik yaşlı şagirdlərimizə onların yaş psixologiyaları nəzərə alınaraq elmi, həyati biliklərin öyrədilməsinin uğurla həyata keçirildiyini qeyd edən natiq tələbələrimizi yeni məlumatlarla təmin etdiyi üçün müəllim Gülər Bayramovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, seminar “Keyfiyyətin təminatı” şöbəsinin "Tələbə və tədrisin idarə olunması" şöbəsilə əməkdaşlıq çərçivəsində baş tutmuşdur.