“Xocalı faciəsi” adlı rəsm müsabiqəsi

“Xocalı faciəsi” adlı rəsm müsabiqəsi
26 fevral 2021-ci ildə ADPU- nun Cəlilabad filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Xocalı faciəsi" adlı virtual rəsm müsabiqəsi keçirilib. Müsabiqə " 26- Fevral- Xocalı Soyqırımı”nın 29-cu il dönümünə həsr olunub. Filialın 20 tələbəsi müsabiqədə iştirak edib. Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən dəyərləndirilib və dəyərləndirməyə əsasən:
1.ci yer Quluzadə Gülərin rəsm əsəri
2.ci yer Tağıyeva Samirənin rəsm əsəri
3.cü yer İbrahimova Zeynəbin rəsm əsəri olaraq sıralanıb.
Xocalı qətliamını unutmadıq,unutdurmarıq!