“2 Fevral -Azərbaycan Gəncləri Günü”

      ADPU Cəlilabad filialında 2 Fevral- Azərbaycan Gəncləri Günü ilə əlaqədar  Microsoft Teams  proqramı vasitəsilə onlayn tədbir keçirilib. Tədbir şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlanıb. Tədbirdə filial rəhbərliyi, professor-müəllim heyəti, təhsil müəssisəsində fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak edib.Tədbiri giriş sözü ilə açan filialın direktor müavini Eyvaz Məmmədov tələbələri 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara həyatda möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, təhsildə və sosial fəaliyyətlərində böyük naliyyətlər arzulayıb. Eyvaz Məmmədov bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün böyük inam hissi ilə deyə bilərik ki, respublikamızda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Eyvaz Məmmədov çıxışında vurğulayıb ki, filialın milli ruhda, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunan məzunları Vətən müharibəsi dövründə həm ön cəbhədə, həm də arxa cəbhədə öz qəhrəmanlığı ilə seçildilər. Onlar Azərbaycan xalqının tarixi qəhrəmanlıq səlnaməsinin yazılmasında fəal iştirak etdilər.

Tədbirdə çıxış edən filialın müəllimi Tofiq İsgəndərov tələbələri bu gözəl və əlamətdar gün münasibətilə təbrik edib, onlara ən xoş, ən gözəl arzu və diləklərini çatdırıb.

Filialın aktiv tələbələri Bəsti Rəhimova, Türkan İsazadə, Sevda Şahmarova gənclərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin universitet rəhbərliyinə təşəkkür edərək göstərilən etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Tədbirdə həm filialın, həm də respublikamızın ictimai mədəni həyatında fəal iştirak edən aşağıda adları göstərilən 5 nəfər tələbəsi Fəxri Fərmanla təltif edilib.

  1. Məmmədov Yusif Şahin oğlu
  2. Talıbov Murad Xalid oğlu
  3. Şahmarova Sevda Həbib qızı
  4. Haxverdiyeva Aysel Ziyafət qızı
  5. Rəhimova Bəsti Səmid qızı
Əlavə Edilmiş Sənədlər
2_fevral_-azərbaycan_gəncləri_gunu.docx
Proteks Bilişim Teknolojileri