
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı Tələbə Gənclər Təşkilatı 2005-ci ildən fəaliyyətə başlamışdır. Təşkikatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatımızın əsas vəzifələri aşağıdakılardır:
- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
- tələbələr arasında maarifləndirmə işinin aparılması;
- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
- tələbələrin hüquqlarının təmin edilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün klubların, kursların, xidmətlərin təşkil edilməsi;
- qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi və.s
Strukturumuz müxtəlif departament və klublardan təşkil olunmuşdur.
Sədr- Sevda Şahmarova
Tədbirlərin təşkili üzrə müavin- Nərmin İsmayılova
Departamentlər:
İctimayətlə əlaqələr departamenti
Layihələr Departamenti
Klublar:
Vətənpərvərlik klubu
İntellektual Oyunlar Klubu
ART Klub
Kitab Klubu
Məntiq Klubu
Şən və Hazırcavablar klubu
Eko Klub
Tarix Klubu
İdman Klubu