“Xocalı faciəsi” adlı rəsm müsabiqəsi
02.03.2021
26 fevral 2021-ci ildə ADPU- nun Cəlilabad filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Xocalı faciəsi" adlı virtual rəsm müsabiqəsi keçirilib. Müsabiqə " 26- Fevral- Xocalı Soyqırımı”nın 29-cu il dönümünə həsr olunub. Filialın 20 tələbəsi müsabiqədə iştirak edib. Çəkilən rəsmlər münsiflər heyəti tərəfindən dəyərləndirilib və dəyərləndirməyə əsasən: 1.ci yer Quluzadə Gülərin rəsm əsəri 2.ci yer Tağıyeva Samirənin rəsm əsəri 3.cü yer İbrahimova Zeynəbin rəsm əsəri olaraq sıralanıb. Xocalı qətliamını unutmadıq,unutdurmarıq!
26 Fevral-“Xocalı Soyqırımı”
26.02.2021
25 fevral 2021-ci ildə ADPU Cəlilabad filialında “Xocalı Soyqırımı”nın 29-cu anım gününə həsr olunmuş anım tədbiri (onlayn) keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələr iştirak edib. İlk öncə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan filialın direktor müavini Eyvaz Məmmədov öz çıxışında bildirib ki, xalqımızın digər faciələri kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Sonra filialımızın müəllimləri Şöhrət Namazova və Tofiq İsgəndərov çıxış edərək tədbir iştirakçılarına “Xocalı Soyqırım”ı haqqında ətraflı məlumat veriblər. “Xocalı Soyqırımı” nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Azər Xəlilov, filialımızın I kurs tələbələri Əliəkbər Nəsirli, Aytən İsmayılzadə və Sevinc Mahmudova “Xocalı soyqırımı” barədə məlumat verib, filialımızın tələbələri Samirə Tağıyeva, Bəsti Rəhimova bu dəhşətli faciəyə aid şeir səsləndiriblər. Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Azər Xəlilov, filialımızın I kurs tələbələri Əliəkbər Nəsirli, Aytən İsmayılzadə və Sevinc Mahmudova “Xocalı soyqırımı” barədə məlumat verib, filialımızın tələbələri Samirə Tağıyeva, Bəsti Rəhimova bu dəhşətli faciəyə aid şeir səsləndiriblər.
21 fevral- “Beynəlxalq Ana Dili Günü”
26.02.2021
Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Bu əlamətdar günlə bağlı ADPU Cəlilabad filialında 20 fevral Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 21 fevral-Ana Dili Gününə həsr edilmiş onlayn formatda intelektual yarış keçirilib. 18 nəfər tələbənin qatıldığı yarışda ümumilikdə 20 sual səsləndirilib. Yarışın nəticəsində əsasən: 1-ci yer: Mirzəyeva Fatimə 2-ci yer: Şahmarova Sevda 3-cü yer: Qasımova Yasəmən Qaliblər diplomlarla təltif edilib. Bizdə onları təbrik edirik.
Qan yaddaşımız-“Xocalı soyqırımı”ndan keçən 29 il
16.02.2021
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 fevral 2021-ci il tarixli, F-42 nömrəli əmrinə əsasən “26 Fevral soyqırımı”nın iyirmi doqquzuncu ildönümü ilə bağlı ADPU-nun Cəlilabad filialında tədbirlər planı hazırlanmışdır və karantin rejiminə uyğun olaraq onlayn həyata keçiriləcəkdir. 1. 26 fevralda Filialda “Xocalı Soyqrımı”na həsr edilmiş dərslərin təşkili 2.1. Filialda Xocalı soyqrımına həsr edilmiş ümumi (onlayn) tədbirin keçirilməsi, 2.2. Xocalı soyqrımı ilə bağlı vidio rolikin hazırlanması və onlayn yayımlanması 3. “Xocalı faciəsi” nə dair virtual rəsm müsabiqəsinin keçirilməsi.
“2 Fevral -Azərbaycan Gəncləri Günü”
02.02.2021
ADPU Cəlilabad filialında 2 Fevral- Azərbaycan Gəncləri Günü ilə əlaqədar Microsoft Teams proqramı vasitəsilə onlayn tədbir keçirilib. Tədbir şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlanıb. Tədbirdə filial rəhbərliyi, professor-müəllim heyəti, təhsil müəssisəsində fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak edib.Tədbiri giriş sözü ilə açan filialın direktor müavini Eyvaz Məmmədov tələbələri 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara həyatda möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, təhsildə və sosial fəaliyyətlərində böyük naliyyətlər arzulayıb. Eyvaz Məmmədov bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün böyük inam hissi ilə deyə bilərik ki, respublikamızda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Eyvaz Məmmədov çıxışında vurğulayıb ki, filialın milli ruhda, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunan məzunları Vətən müharibəsi dövründə həm ön cəbhədə, həm də arxa cəbhədə öz qəhrəmanlığı ilə seçildilər. Onlar Azərbaycan xalqının tarixi qəhrəmanlıq səlnaməsinin yazılmasında fəal iştirak etdilər. Tədbirdə çıxış edən filialın müəllimi Tofiq İsgəndərov tələbələri bu gözəl və əlamətdar gün münasibətilə təbrik edib, onlara ən xoş, ən gözəl arzu və diləklərini çatdırıb. Filialın aktiv tələbələri Bəsti Rəhimova, Türkan İsazadə, Sevda Şahmarova gənclərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin universitet rəhbərliyinə təşəkkür edərək göstərilən etimadı layiqincə doğruldacaqlarını bildiriblər. Tədbirdə həm filialın, həm də respublikamızın ictimai mədəni həyatında fəal iştirak edən aşağıda adları göstərilən 5 nəfər tələbəsi Fəxri Fərmanla təltif edilib. 1. Məmmədov Yusif Şahin oğlu 2. Talıbov Murad Xalid oğlu 3. Şahmarova Sevda Həbib qızı 4. Haxverdiyeva Aysel Ziyafət qızı 5. Rəhimova Bəsti Səmid qızı
ADPU Cəlilabad filialında “KORONAVİRUS”la bağlı kompleks tədbirlər
05.03.2020
Bütün ölkədə olduğu kimi ADPU-nun Cəlilabad filialında da “KORONAVİRUS”la əlaqədar aidiyyatı təşkilat tərəfindən dizinfeksiya işləri yerinə yetirilib. Filialın əsas korpusu və lazım olan digər sahələri dizinfeksiya edilib. Eyni zamanda təmizlik işləri də xüsusi məhlullardan istifadə etməklə aparılır.
DİQQƏT!Cəlilabad filialında “KORONAVİRUS”la əlaqədər maarifləndirmə tədbirləri
24.02.2020
ADPU-nun Cəlilabad filialında “KORONAVİRUS”la əlaqədar maarifləndirici tədbirlər həyata keçirilir. Filialın professor-müəllim heyətinə, əməkdaşlarına və tələbələrinə bu virusun əlamətləri, yoluxma və ondan nece qorunmaq yolları izah edir. Həmçinin filialın elanlar lövhəsində virusla bağlı məlumatlar yerləşdirilərək tələbələrin hərtərəfli maarifləndirilməsinə köməklik edilir. Əziz tələbərər və ADPU-nun əməkdaşları ! Sizdən xahiş edirik, gigiyenik normalara ciddi riayət edəsiniz!!!!! Səhətinizdə narahatcılıq olarsa istənilən sahə poliklinikanıza, 113- Təcili Yardim xidmətinə və ya Cəlilabad Mərkəzi Xəstəxanasına müraciət etmək ZƏRURİDİR!!
««
«
1
2
..
41
42
43
»
»»
Proteks Bilişim Teknolojileri