DİREKTORUMUZ

SULTANLI XUDAYAR HƏZƏRXAN OĞLU

 

Aqrar elmlər üzrə  fəlsəfə doktoru, dosent, ADPU-nun Cəlilabad filialının direktoru

Qısa Bioqrafik məlumat

    1964-cü ildə Yardımlı rayon Çanaxbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə Çanaxbulaq kənd ümumiorta məktəbinin birinci sinifinə daxil olmuş və 1981-ci ildə Bərcan kənd tam orta məktəbini bitirmişdir.1981-ci ildə AAU-nun iqtisadiyyat fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin Universiteti bitirmişdir. 1985-ci ildə Cəlilabad şəhərində əmək fəaliyyətinə başlamışdır. 100 artıq elmi-metodik məqalə, 2 metodik tövsiyə, 1 metodik vəsat və 4 kitabın müəllifidir. YAP-ın Cəlilabad rayon təşkilatı idarə heyətinin üzvü,  rayon Ağsaqqallar Şurasının üzvüdür. 3 övladı və 3 nəvəsi vardır.

 

Təhsili, elmi dərəcəsi, elmi adı və təltifləri

  • 2008-ci ildə aqrar elmlər üzrə fəlsəfə doktorudur.
  • 2009-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir.
  • 2011-ci ildən dosentdir.
  • 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə tərtif edilmişdir.
  • “Tələbə şəxsiyyətinin formalaşdırılmasında ekoloji təhsil və tərbiyə üzrə işin sistemi” mövzusunda doktorluq işi müdafiə üçün tam hazırdır.
  • Yerli icra orqanları və YAP tərəfindən müvafiq illərdə 10 dəfə fəxri fərmanla təltif edilmişdir.

Əmək  fəaliyyəti

  • 1985-ci ildən R.Axundov adına Cəlilabad sovxoz-texnikumunda mühasib
  • 1985-1987-ci illərdə hərbi xidmətdə
  • 1987-ci ildə R.Axundov adına Cəlilabad sovxoz-texnikumunda müəllim
  • 1991-ci ildə R.Axundov adına Cəlilabad sovxoz-texnikumun bazasında yaranmış Cəlilabad kənd təsərrüfatı texnikumunda müəllim
  • 1996-cı ildə Cəlilabad kənd təsərrüfatı texnikumunda tədris işləri üzrə direktor müavini
  • 2000-ci ildə Cəlilabad kənd təsərrüfatı texnikumunun bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında tədris işləri üzrə direktor müavini
  • 2008-ci ildən AMİ-nin Cəlilabad filialına tədris və elmi işlər üzrə direktor müavini
  • 2011-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialının direktoru
  • 2011-ci ildən “Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrası”nın dosentidir
  • 2016-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin  filialı hesab edildiyi üçün ADPU Cəlilabad filialının direktorudur

Apardığı dərslər

Ekologiya və təbiətin mühafizəsi

Proteks Bilişim Teknolojileri