Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Bilal Novruz oğlu Rzayev
02.04.2021

Bilal Novruz oğlu Rzayev 1997-ci ildə Cəlilabad rayon Alar kəndində anadan olub. Alar kənd 1 nömrəli tam orta məktəbini bitirmiş, hərbi xidmətini Azərbaycan Milli Ordusunda çəkmiş, vətənə layiqli xidmət etmişdir.
Bilal Rzayev Vətən Müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qoşulmuş, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda mübarizə aparmışdır. Onun döyüç yolu Ağcabədi istiqamətindən başlamışdır. Bilal Rzayev 2020-ci il sentyabrın 28-dən döyüşlərə qatılmış, bir neçə kəndin azad olunmaşında iştirak etmişdir.
Bilal Rzayev Qarabağ torpağı uğrunda gedən döyüşlərin birində qəhrəmancasına şəhid olmuş, 24 noyabr 2020-ci il tarixində doğulduğu Alar kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bilal Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Ramin Hüseynağa oğlu Bayramov
02.04.2021

Ramin Hüseynağa oğlu Bayramov 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açmışdır. 1986-1996-cı illərdə Alar kənd 2 saylı orta məktəbdə təhsil almışdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 2000-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra 3 ay hərbi təlim-məşq keçərək leytenant rütbəsi almışdır. 2005-2006-cı illərdə hərbi xidmət qulluqçusu olan Ramin Bayramov bu müddətdə baş leytenant rütbəsi almış, sonda ehtiyatda olan zabit kimi ehtiyata buraxılmışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Ramin Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində hərbi səfərbərlik zamanı könüllü iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 11 noyabr tarixində Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılmışdır. Ailəli idi, 3 övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramin Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Taleh Zaur oğlu Əlizadə
02.04.2021

Taleh Zaur oğlu Əlizadə 1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2002-ci ildə Alar kənd 2 saylı tam orta məktəbə daxil olub, 2013-cü ildə həmin məktəbin məzunu olub. 2014-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, 2015-ci ildə hərbi xidməti başa vuraraq ehtiyata buraxılıb. 21 sentyabr 2020-ci ildə hərbi təlim məqsədi ilə yenidən ordu sıralarına qoşulub. 27 sentyabr 2020-ci il Vətən Müharibəsinin başlanması ilə döyüşlərə qoşulan Taleh Əlizadə Fizuli istiqamətində gedən döyüşlər zamanı ayaq və baş nahiyəsindən yaralanaraq hərbi hospitala yerləşdirilir. 8 günlük müalicədən sonra oktyabrın 12-sində yenidən döyüşlərə qatılır. Taleh Əlizadə oktyabrın 18-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Taleh Əlizadə 20 oktyabr 2020-ci ildə yaşadığı Alar kəndində dəfn olunub. Ailəli idi, bir oğul övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Taleh Əlizadə 20 oktyabr 2020-ci ildə yaşadığı Alar kəndində dəfn olunub. Ailəli idi, bir oğul övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Taleh Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
31.03.2021

31 mart 2021 – ci ildə ADPU Cəlilabad filialında tarixi yaddaşımızdan silinməyən Azərbaycanlıların Soyqırımının 103- cü ildönümünə həsr edilmiş onlayn tədbir keçirilib. Tədbirdə tədris və elmi işlər üzrə direktor müavini E.V.Məmmədov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, filialın professor – müəllim heyəti , müxtəlif ixtisaslar üzrə qrup tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın tədris və elmi işlər üzrə direktor müavini Eyvaz Məmmədov açıb.
Soyqırım bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. 1918- ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilmişdir. Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir.
Tədbirdə filialın “Sosial elmlər kafedrası”nın baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə, eləcə də “Pedaqoji elmlər kafedrası” nın baş müəllimi T.İsgəndərov qanlı yaddaş tariximiz olan – 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tarixi faktları diqqətə çatdırıblar.
Tədbirin sonunda filialın Tarix və coğrafiya müəllimliyi ixtisasının II və III tədris ilinin tələbələri Murad Talıbov və Süleyman Süleymanov çıxış ediblər.
“Xəyallar gerçək olur”
31.03.2021

30 mart 2021-ci ildə “Peşə Təmayüllü Siniflərin Teşkili”nin təşkilatçılığı ilə ADPU Cəlilabad filialının “Sosial elmlər ” kafedrasının baş müəllimi, Tələbə Elmi Cəmiyyətinin sədri Dürdanə Əliyevanın “Xəyallar gerçək olur” adlı təlimi keçirilib.
Təlimdə müəllimlər, tələbələr iştirak edib. Dürdanə Əliyeva iştirakçılara xəyallarının arxasınca getməyin, onları gerçəkləşdirməyin yollarından danışıb. Təlim motivasiya xarakterli olub. D.Əliyeva təlim iştirakçılarını maraqlandıran suallara cavab verib.
ADPU Cəlilabad filialı TTTİŞ-in Prezident İlham Əliyevin 26 fevral 2021- ci ildə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransına aid onlayn tədbir
18.03.2021

18 mart 2021 –ci il ildə ADPU Cəlilabad filialında Prezident İlham Əliyevin 26.02.2021- ci il tarixində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransına aid onlayn tədbir keçirilib. Tədbirdə tədris və elmi işlər üzrə direktor müavini E.V.Məmmədov, pedaqoji fakültə dekanı M.A.Rəhimova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, filialın professor – müəllim heyəti , müxtəlif ixtisaslar üzrə qrup tələbələri iştirak edib. Tədbiri giriş sözü ilə filialın tədris və elmi işlər üzrə direktor müavini Eyvaz Məmmədov açıb. Daha sonra cənab Prezidentimizin yerli və xarici media nümayəndələri üçün təşkil etdiyi konfransda jurnalistlərin suallarına verdiyi mükəmməl və hərtərəfli cavablar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi məsələlərinə toxunulub. Filialın professor – müəllim heyəti və tələbələr çıxış edərək Prezidentin mətbuat konfransı barədə fikirlərini bölüşüblər.
Filialın baş müəllimi Tofiq İsgəndərovun çıxşından bəzi məqamlara nəzər salaq : Hörmətli Prezidentimizin yerli və xarici mediya nümayəndələrinə keçirdiyi onlayn mətbuat konfransı tarixi əhəmiyyət kəsb edən hadisə idi. Hər şeydən əvvəl bu konfrans Xocalı soyqırımının ildönümü ərəfəsində təşkil olunmuşdu. Konfrans vasitəsilə dövlət başçısı Xocalı həqiqətlərinin, Qarabağ həqiqətlərinin faktlar əsasında dəlil və sübutlarla dünyaya çatdırılmasına nail oldu. İkinci, müxtəlif xarici ölkə jurnalistlərinin, məsələn, Fransa kimi ölkələrdə erməni lobbisinə xidmət edən, erməni yalanları ilə doydurulan jurnalistlərin hamısını gözlənilməz vəziyyətə saldı. Başqa sözlə, yalan və iftiralarla silahlanmış Qərbi Avropa, ABŞ və başqa ölkələrin mətbuat səhifələrinə dəlil və sübutlarla təchiz olunmuş Azərbaycan həqiqətləri əks hücum etdi.
Hesab edirəm ki, bu nəinki bizim düşmənlərimizə, onların havadarlarına, həmdə bütün dünyaya bir “ dəmir yumruq “ xəbərdarlığı idi.
Tədbirin sonunda filialın tələbələri Sevda Şahmarova və Bəsti Rəhimova mətbuat konfransı barədə maraqlı çıxış ediblər.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı XXI əsrin yeni dünya nizamı kontekstində
18.03.2021

05 mart 2021- ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Bu, tariximizdə ölkəmizin inkişaf perspektivliyinin müəyyənləşdirilməsi, iqtisadi sahədə antiinhisar siyasətinin gücləndirilməsi, həmçinin sosial – iqtisadi inkişafın təmin olunması baxımından böyük önəm kəsb edən bir siyasi hadisə oldu. Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının əsası Ümummilli lider, Ulu öndərimiz Heydər Əliyev tərəfindən 21 noyabr 1992 – ci il tarixində qoyulmuşdur. Yeni Azərbaycan Partiyasının inkişaf tarixi Azərbaycanımızın müstəqillik illəri ilə eynilik təşkil edir. Həmin illərdə ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və əbədi olması üçün Yeni Azərbaycan Partiyasının xidmətləri əvəzolunmazdır. Məhz demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, beynəlxalq sferada tanınması, eləcə də Yeni Azərbaycan Partiyasının hərtərəfli inkişafı dahi liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasi təcrübəsinin nəticəsidir. 1993 – cü ilin oktyabr ayında dahi lider Heydər Əliyev xalqın böyük dəstəyi və rəğbəti ilə Prezident vəzifəsinə seçildi. Bəli. Məhz həmin gün xalqımızın, dövlətimizin həyatında xoşbəxt bir gələcəyin, zəngin bir tarixi başlanğıcın, eləcə də ölkəmizin böhrandan çıxması prosesinin təməli qoyuldu. Biz gənclər bu şanlı tarixin canlı şahidlərinin informasiyaları ilə daim maariflənməliyik və hər zaman vətənpərvər, öz xalqına sadiq, zəngin siyasi təcrübəsi, bilikləri olan prezidentimizin rəhbərlik etdiyi dövlətin vətəndaşı olduğumuz üçün qürurlanmalı və fəxr hissi keçirməliyik.
Ulu öndərimiz hakimiyyətə gələnə qədər ” müstəqillik” faktiki olaraq deyil, ancaq sözdə idi. Onun hakimiyyətdə olduğu illərdə Azərbaycan üçün çox mühim məsələlər öz həllini tapdı. Məhz həmin illərdə 20 yanvar faciəsinə siyasi qiymət verildi, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı, neft strategiyası həyata keçirildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Ulu Öndərimiz tərəfindən ləğv edildi. Ordu quruculuğuna start verildi, qeyd etmək istərdim ki, bizim nizami ordumuz əvvəl yox idi. Ölkəmizin kadr potensialının hazırlanmasında çox böyük addımlar atıldı. Məhz həmin kadrlar bu gün doğma diyarımızın çiçəklənməsində, müxtəlif sferalarda tanınmasında böyük rol oynayırlar. Ulu öndərimizin hakimiyyətdə olduğu illərdə Azərbaycan beynəlxalq təcriddən azad edildi, ölkədə aparılan demokratik dəyişikliklər, hüquqi və dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar, humanist və ümumbəşəri dəyərlərə söykənən yeni cəmiyyət quruculuğu Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə durmadan artırdı. Ümummili liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin yeni milli ideologiyasının yaranmasını, xalqımızın milli kimliyinin və özünüdərkinin formalaşdırırlmasını bütün fəaliyyəti dövründə əsas götürürdü. O, həmişə vurğulayırdı ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Biz xalq olaraq şanlı keçmişimiz, bu günümüz və gələcək gözəl, firavan, əmin amanlıq dolu bir həyatımız üçün Ulu öndərimizin ruhu qarşısında həmişə baş əyirik.
Bu gün dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevdir. 2003 – cü il oktyabr ayının 15 - də İlham Əliyev cənabları Azərbaycan Respublikasının prezidenti seçildi. Məhz həmin gün xalqımız üçün təməli zəngin tarixi salnaməmizə söykənən yeni bir tarixi dövrün başlanğıcı oldu.
2003-2020- ci illərdə , yəni, son 17 ildə Azərbaycan böyük uğurlara imza atdı. Belə addımlardan biri də məhz “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Cənab Prezidentimizin 05 mart 2021- ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışından bəzi məqamlara nəzər salaq: “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.” “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.” Xalqımızın şücaəti, gənc nəslin Vətən sevgisi, erməni təcavüzkarlarına olan nifrət hissimiz və rəşadətli ordumuz sayəsində torpaqlarımız işğaldan azad olundu, 30 illik vətən həsrətinə son qoyuldu. İgid oğullarımız qəhrəmancasına döyüşdülər, vətənpərvərlik və qəhrəmanlıq göstərərək canlarından keçdilər, şəhid, qazi oldular, canları qanları bahasına dövlətimizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdilər.
Ruhunuz şad olsun Vətənimin, yurdumun igidləri. Sizin qisasınız döyüş meydanında alındı və ərazi bütövlüyümüz tamamlandı.
Ulu öndərimizin neft strategiyası sahəsində aparılan islahatları bu gün cənab prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bizim iqisadi cəhətdən uğurumuzun və iqtidarın siyasətinin xalqımız tərəfindən dəstəklənməyinin səbəbi cənab prezidentimizin öz nitqində söylədiyi kimi, məhz iqtidarın siyasətinin xalqın maraqlarına istinad etməsidir. Çox sevindirici haldır ki, mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılmış və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər və meyarlar üzrə beşinci yerdə olmuşdur. Bu il təkcə bərpaolunan enerji növlərinə təqribən 400 -500 milyon dollarlıq xarici investisiyalar qoyulub. Eyni zamanda Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf və infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb. Bu gün dövlətimiz istənilən parametr üzrə heç kimdən asılı deyil, iqtisadi sahədə ən qabaqcıl yerdədir.
05 mart 2021 – ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox önəmli bir hadisədir. Qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyasının strukturunda edilən dəyişikliklər, siyasi baxışları kəsişən partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması, yeniləşmiş format, o cümlədən rəhbər orqanlarında təmsil olunan üzvlərin, ən əsası cənab prezidentimizin diqqət və qayğısı hesabına daha fəal olacaq, qarşıda duran vəzifələr operativ şəkildə icra ediləcək və siyasi sistemin təkmilləşdirilməsi istiqamətində daha mükəmməl addımlar atılacaqdır. Ən əsası Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün əsas addım rəhbər orqanlardan təmsil olunan üzvlərin fəal olması və daim yeniliklərin axtarışında olmalarıdır.
Sonda qeyd etmək istərdim ki, biz Azərbaycan vətəndaşı olaraq öz dövlətimizə və Prezidentimizə ürəkdən inanır, hər bir işdə ona güvənir, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq hər zaman Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan böyük məmnunluq hissi duyuruq.
ADPU Cəlilabad filialının Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin müdiri
Səbinə Ataməli qızı İsmayılova
“ Yeni Azərbaycan Partiyasının VII qurultayı”
18.03.2021

17 mart 2021 – ci il tarixində ADPU Cəlilabad filialında Yeni Azərbaycan Partiyası ilk təşkilatının “ Yeni Azərbaycan Partiyasının yeddinci qurultayı tarixi zərurətdir” mövzusunda online tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası filial təşkilatının üzvləri, filialın professor – müəllim heyəti, tələbələri iştirak edib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının filial təşkilatının sədri E.V.Məmmədov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qurulmasında, müstəqilliyimizin dönməzliyində, ölkəmizin davamlı inkişafında müstəsna rol oynamışdır. Yeni Azərbaycan Partiyası və onun sədri, Ali baş komandan İlham Əliyev Azərbaycan xalqına söykənərək özünün ən başlıca missiyasını - ərazi bütövlüyümüzün bərpasını təmin etdi və Vətən müharibəsində zəfər bayrağını əbədi olaraq Azərbaycanın qəlbində ucaltdı.
Tədbirin sonunda filialımızın baş müəllimi T.İsgəndərov öz fikirlərini söyləyib: Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı və son 17 ildə dövlətimizin başçısı İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyası 28 illik yolun işığına söykənərək irəliyə doğru inamla addımlayır. Qarşıdakı illərdə üzvü olmaqdan qürur duyduğumuz ölkənin aparıcı siyasi təşkilatını daha möhtəşəm uğurlar gözləyir. Ölkəmizin, vətəndaşlarımızın xeyrinə olan bütün bu çağırışları ürəkdən alqışlayır, möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.
“Məntiq Lideri Qadınlar ”
09.03.2021

Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi naliyyətimiz, əbədi qürur mənbəyimizdir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlamış, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar.
İnsan qəlbinin gözəlliklərinin tərənnümçüsü kövrək təbiətli qadın şair və musiqiçilərimizin, xeyirxahlıq, insanpərvərlik rəmzi qadın həkim və müəllimlərimizin adları yaxın keçmişimizin hər bir səhifəsini bəzəyir. Milliliklə müasirliyin vəhdətini mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan qadınının zərifliyi, saflığı və sədaqəti söz, sənət abidələrimizdə əhatəli bədii təcəssümünü tapmışdır.
8 Mart 2021-ci ildə ADPU Cəlilabad filialının Tələbə Gənclər Təşkilatı Məntiq Klubumuzda “Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş “Məntiq Lideri Qadınlar” adlı xanımlar üçün təşkil olunmuş məntiq yarışı keçirilib. Yarı.ın nəticələrinə görə
Leyla İsgəndərli I yer
Səmayə Mövsümlü II yer
İradə Babayeva II yer
Lalə Əhmədova III yer qazanıblar.
Iştirak edənlərə təşəkkür edirik. Qalib xanımları təbrik edir,uğurlar arzulayırıq!
Gününüz mübarək, əziz xanımlar!
8 Mart- Beynəlxalq Qadınlar Günü
09.03.2021

Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar arzulayırıq.
8 mart 2021-ci il tarixində “Beynəlxalq Qadınlar Günü” münasibətilə ADPU Cəlilabad filialının Tələbə Elmi Cəmiyyətinin üzvləri şəhid analarını ziyarət edib.
Şəhid analarını 8 Mart- “Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edən TEC-in üzvləri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramlarını bildiriblər. Şəhidlərimiz kimi , onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz biz gənclər üçün ən gözəl örnəkdir. Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.
Söhbət zamanı analar övladları ilə bağlı xatirələrini bölüşüb, onların vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıblar.
Qarabağı Qarabağa qaytaran, 8 noyabrı kişilərin bayramı elan edən oğulların anaları! Gününüz mübarək!