Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Şəhriyar İsa oğlu Əsgərov
06.04.2021
Şəhriyar İsa oğlu Əsgərov 1991-ci il aprelin 17-də Göytəpə şəhərində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Şəhriyar Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Əsgərov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu İbrahim Şaməddin oğlu Əzizov
06.04.2021
İbrahim Şaməddin oğlu Əzizov 1997-ci il dekabrın 26-da Cəlilabad rayonu Soltankənd kəndində anadan olub. 2004-cü ildə Soltankənd tam orta məktəbinə daxil olub, 2015-ci ildə məzun olub. 2016-cı il yanvarın 16-sı komissarlıq tərəfindən hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Naxçıvanda keçib. Xidməti bitirəndən sonra 2018-ci ildə ailə qurub və Nuray adlı bir qız övladı yadigar qalıb. 2020-ci il sentyabrın 21-i komissarlıq tərəfindən səfərbərliyə cəlb olunub. Füzuli istiqamətində döyüşüb, Füzuli və Qubadlının azad olunmasında iştirak edib. Döyüş yoldaşlarının dediyinə görə, İbrahim yaralı komandirini və silahdaşlarını döyüş meydanından uzaqlaşdıraraq xilas edib. Tanışları deyir ki, o sakit təbiətli və bir o qədər də qorxmaz idi. İbrahim Əzizov noyabrın 8-i saat 4-5 radələrində Şuşanın Daşaltı kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabrın 16-sı Cəlilabadın Soltankənd kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Fizuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əzizov ölümündən sonra "Fizulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Xəlil Pənah oğlu Ağayev
05.04.2021
Xəlil Pənah oğlu Ağayev 1998-ci il dekabrın 7-də Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Xəlil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəlil Ağayev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Zopun kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Asif Məmməd oğlu Kərimov
05.04.2021
Asif Məmməd oğlu Kərimov 1989-cu il martın 25-də Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ali təhsil alıb. Ailəli idi. Gülay adında bir qızı və Yusif adında bir oğlu yadigar qaldı. Asif Kərimov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Asif Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Kərimov noyabrın 3-də Şuşa döyüşləri şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Rəfail Əhmədağa oğlu İşiyev
05.04.2021
Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya gəlib. Rəfail İşiyevin ömrünün 16 ili orduda keçmişdir. O, 16 ilin PDM (BMP) mütəxəssisi idi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdir. Vətən Müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və idarə etdiyi BMP vurulmuşdur. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılmışdır. Yaralı döyüş yoldaşının BMP-sini idarəedərək Cəbrayıl, istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurmuşdur. İkinci dəfə də texnikası vurulmuş və yaralanmışdır. Amma, bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP-ilə döyüşlərə qatılıraq düşmənə qan uddurmuşdur. Son döyüşü isə Xocavənd istiqamətində olan ağır döyüşlər olmuşdur. Təcrübəli mütəxəssis 3 noyabr Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Mirağa Hafiz oğlu Qasımov
05.04.2021
Mirağa Hafiz oğlu Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Mirağa Qasımov Dövlət Sərhəd Xidmətinin (DSX) "N" saylı hərbi hissəsində xidmət edirdi. Mirağa Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilan döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir"
05.04.2021
05 aprel 2021 – ci ildə ADPU Cəlilabad filialında “ Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı onlayn tədbir keçirilib. Tədbirdə tədris və elmi işlər üzrə direktor müavini E.V.Məmmədov, fakültə dekanı M.A.Rəhimova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, filialın professor – müəllim heyəti , müxtəlif ixtisaslar üzrə qrup tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın tədris və elmi işlər üzrə direktor müavini Eyvaz Məmmədov açıb. Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən beş il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbiçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Ölkə başçısının siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyinin nəticəsi olan - 2020-ci il sentyabr ayının 27 – dən başlayan və “44 gün davam edən Vətən müharibəsində “ aprel döyüşlərinin qisası alındı. Biz xalq olaraq öz şanlı tariximiz ilə qürur duyuruq. Tədbirdə filialın “Sosial elmlər kafedrası”nın baş müəllimi Ş.Namazova, “Pedaqoji elmlər kafedrası” nın baş müəllimi T.İsgəndərov aprel döyüşləri ilə əlaqədar tarixi faktları diqqətə çatdırıblar. Tədbirin sonunda filialın tələbələri Mirələmova Nuranə, Mahmudova Sevinc, Rəşid Rəhimov, Səhər Muradova, Adiyeva Ülkər, Aytən İsmayılzadə, Rəqsanə Tağıyeva aprel döyüşləri və onun qəhrəmanları haqqında maraqlı müzakirələr, şeirlər və video – çarxla çıxış ediblər.
“Elmi- tədqiqat işi” nə həsr olunmuş seminar
03.04.2021
1 aprel 2021-ci ildə ADPU Cəlilabad filialının müəllim heyəti elmi-tədqiqat işi aparan tələbələr üçün seminar keçirib. Seminarda Pedaqoji fakültə dekanı Mənzilə Rəhimova, Tələbə Elmi Cəmiyyətinin sədri Dürdanə Əliyeva , elmi-tədqiqat işi aparan və gələcəkdə aparmaq istəyən tələbələr iştirak edib. Dekan Mənzilə Rəhimova seminar iştirakçılarına elmi-tədqiqat işinin aparılması zamanı diqqət edilməli məqamlar, istinadlar, mənbələrdən istifadə qaydası haqqında məlumat verib. TEC-in sədri Dürdanə Əliyeva isə öz növbəsində tələbələrə məqalə və tezisin yığılma texnikası kimi məsələlər barədə məlumat verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Rusif Yusif oğlu Kazımov
02.04.2021
Rusif Yusif oğlu Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 2003-2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbini bitirib , 2011-2014-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə , 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2019-cu ildə Ağstafa rayonu N-saylı hərbi hissədə leytenant rütbəsində xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınması, kəlbəcərin azad edilməsi, Suqovuşan istiqamətində geden döyüşlərdə, Şuşanın azad olunmasında, Laçın koridoru istiqamətində gedən döyüşlərdə iştirak edib. Rusif Kazımov 5 noyabr tarixində Şuşanın azad olunması uğrunda gedən döyüşdə şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İlham Əliyevin Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı və “Dəmir yumruq” diplomu ilə təltif edilib.
Cəlilabadın Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğlu Əkbər Azər oğlu Hüseynli
02.04.2021
Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. H.Əliyev adına 1 nömrəli tam orta məktəbi bitirən Əkbər Hüseynli təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirirdi. O, təhsilini yarımçıq qoyub könüllü olaraq 15 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub. Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib. Goranboy- Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, işğal altında olan torpaqların alınmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Əkbər Hüseynli 17 dekabr 2020-ci ildı doğulduğu alar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əkbər Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
««
«
1
2
..
39
40
41
42
43
»
»»
Proteks Bilişim Teknolojileri