Xalqımızın unudulmaz övladları
18.10.2022

Vətən tariximizə Şanlı Zəfər səhifəsini öz qanıyla həkk edən igid övladlarımızdan biri də Şəhid Əkbər Azər oğlu Hüseynlidir. O, 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. H.Əliyev adına 1 nömrəli tam orta məktəbini bitirən Əkbər Hüseynli təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirirdi.
O, vətənin dar günündə təhsilini yarımçıq qoyub könüllü olaraq 15 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, Vətən Müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub. Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib. Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, işğal altında olan torpaqların alınmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.
Əkbər Hüseynli 17 dekabr 2020-ci ildə doğulduğu Alar kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Əkbər Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xalqımızın cəsur övladı, Şəhid Əkbər Azər oğlu Hüseynlinin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filalında “İnsan alverinə yol verməyək” mövzusunda tədbir keçirilib
17.10.2022

Bu gün ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2024-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən “İnsan alverinə yol verməyək“ mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Polisə Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutmuşdur.
Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılmasından sonra başlanan tədbiri ADPU-nun Cəlilabad filialında “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin müdiri Səbinə İsmayılova giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Sonra qonaqlara, professor-müəllim heyəti və tələbələrə müraciətlə sözə başlayaraq ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlət siyasəti müstəvisində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün müvafiq dövlət proqramlarının qəbul edilməsini, möhtərəm Prezidentimiz, Cənab İlham Əliyevin bu barədə fərman və sərəncamlar imzaladığını, bununla da beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazasının yaradıldığından danışıb. Natiq bildirib ki, dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simpozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli Bayrağımızı böyük iftixar hissi ilə yüksəklərə qaldırırlar.
Sonra “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev geniş məruzə edib. O, məruzəsində “insan alveri” anlamaına gələn bütün istiqamətləri tədbir iştirakçılarının diqqətlərinə çatdırıb. Ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının əhəmiyyətindən danışıb. Gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırmışdır.
Daha sonra hüquqşünas-ekspert Aydın Kərimov insan qaçaqçılığı problemlərini dünyada gedən mürəkkəb sosial-iqtisadi-siyasi proseslər zəminində əsaslandıraraq dinləyicilərin nəzərinə çatdırıb. Vurgulayıb ki, bəzi “İşbaz”ların tələsinə düşməmək üçün son dərəcə ehtiyatlı olmaq, şübhəli məqamları dərhal polisə bildirmək, tanış olmayan insanlarla münasibətlər zamanı son dərəcə diqqətli olmaq lazımdır.
Hüquqşünas-ekspert Leyli Quliyevanın da qatıldığı tədbir tələbələrin çoxsaylı sualları ilə diqqəti daha çox cəlb etmişdir. Verilən suallar cavablandırılıb, mövzu istiqamətində anlaşılmayan hüquqi terminlər tələbələrə izah olunmuşdur.
“Əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində tələbələrimizlə görüş keçirilib
12.10.2022

Bu gün ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilmişdir. Görüşdə hüquqşünas Mirəli Hüseynov, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, layihə üzrə köməkçi Səid Əhmədli, həmçinin, Pedaqoji fakültə dekanlığının əməkdaşı Elnarə İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin nümayəndəsi Dəyanət Əskərov iştirak etmişlər.
Tələbələrin olduqca aktiv qatıldıqları görüş çoxsaylı sualların aidiyyatı mütəxəssislər tərəfindən cavablandırılması ilə başa çatmışdır.
Tələbə Gənclər Təşkilatları İttifaqı nümayəndələri ADPU-nun Cəlilabad filialının sosial həssas qrup tələbələrilə görüş keçirmişlər.
10.10.2022

Bu gün Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nümayəndələri ADPU-nun Cəlilabad filialında sosial həssas qrup tələbələrilə görüş keçirmişlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan etmişdir. Müsabiqə qaliblərinin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulmuşdur. Qeyd edilən müsabiqəyə 40 dövlət ali təhsil (filialları da daxil olmaqla) və 46 dövlət orta ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələri müraciət edə biləcəklər. Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyyar olaraq götürüləcəkdir. Şəhid və qazi övladlarının təhsilillərinin davamlılığına dəstəyin göstərilməsi müsabiqənin əsas prioritetləri sırasında olacaqdır.
Görüşdə tələbələri maraqlandıran aidiyyatı sualları ATGTİ nümayəndəsi Mehtiyev İbrahim ətraflı cavablandırmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “5 oktyabr Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “Müəllim ömrü” adlı tədbir keçirilmişdir.
06.10.2022

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə başlanan tədbirdə Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır.
Filialın direktoru, dosent Xudayar Sultanlı tədbiri açıq elan etmiş və Ümummilli Liderimiz Heydər Əliyevin “Müəllim” adına verdiyi yüksək dəyərləri geniş nitqində tədbir iştirakçıların diqqətlərinə çatdırmışdır. Qeyd etmişdir ki, Ulu Öndərimiz öz¬lərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tər¬biyə еdilib yеtişdiril¬mə¬sində müəl¬lim əməyinə, оnun şəхsiyyətinə hər zaman yüksək qiymət vеrmişdir. O, demişdir ki, müəllim аdı şə¬rəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şə¬rəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, və¬tənpərvər vətəndаş hаzırlаyır; “Müəllim dün¬yаdа yеgаnə şəх¬siyyətdir ki, cəmiyyət öz gələcəyini – övladlarının tərbiyəsini yаl¬nız оnа еtibаr еdir”.
Sonra Ümummilli Liderimizin layiqli davamçısı, Respublikamızın Prezidenti, Cənab İlham Əliyevin bu şərəfli peşəyə verdiyi yüksək qiymətlərdən danışan natiq həmçinin, müəllimlərə hər zaman tələbə qarşısında hazırlıqlı olmaları barədəki tövsiyələrini də dilə gətirmişdir; informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zamanımızda texnoloji yeniliklərin verdiyi imkanlardan da yararlanaraq tədrisin keyfiyyətinin artırılmasının vacibliyini bildirmişdir. Cənab Prezidentimizin müəllim peşəsinin hörmətli olması barəsindəki fikirlərini və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasının hər zaman diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının diqqətlərinə çatdırmışdır.
Həmçinin, Respublikamızda aparılan təhsil islahatlarının, infrastruktur yenilənmələrinin həyata keçirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın gördüyü misilsiz xidmətləri xatırladan filialın direktoru, tədris prosesində qarşıya qoyulan məqsədə nail olmaq üçün professor-müəllim heyətinin fəaliyyətlərinə tam inamını qeyd etmişdir. Müəllimləri peşə bayramları münasibətilə təbrik edərək onların şərəf, məna dolu həyatlarına uğurlar arzulamışdır.
Professor-müəllim heyətini peşə bayramları münasibətilə təbriklə sözə başlayan ADPU-nun Pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimova qeyd etmişdir ki, hər bir müəllimimizin əsas qayəsi “Təhsil Haqqında” qanunda təsbit olunduğu kimi, “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”. Bu baxımdan müəllimlik çox şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli peşədir.
“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Şöhrət Namazova da öz növbəsində müəllim həmkarlarının bayramlarını təbrik edərək, bu müqəddəs peşənin öhdəsindən ləyaqətlə gəlməkdə onlara uğurlar arzulayıb. Müəllim əqidəsinin, ucalığının məramlarından söz açmışdır.
“Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi”, təhsilin inkişafındakı xidmətlərinə görə "Ali kataqoriyalı metodist", "Qabaqcıl təhsil işçisi" və “Tərəqqi” medallı Nadir Babayev müəllim şəxsiyyətinin ucalığından söz açaraq gələcəyimiz olan gənclərimizin təlim-tərbiyəsi istiqamətində bundan sonra da yorulmadan çalışmağın vacibliyindən danışıb. Qürur mənbəyimiz olan xalqımızın milli-mənəvi sərvətlərinin qorunub saxlanılmasında, onların gələcək nəsillərə çatdırılmasında savadlı, ləyaqətli, vətənpərvər gənclərimizə daha çox ehtiyacın olduğunu dilə gətirdi. Professor-müəllim heyətini peşə bayramları münasibətilə təbrik edib.
Müəllimləri təbrik üçün söz alan filialımızın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Feyziyev Rəhman müəllimlərinin mehriban rəftarından, onların tələbələrinə usanmadan, yorulmadan elmi biliklər öyrətdiyindən, müəllimliyin müqəddəs vəzifə olmasından danışmışdır.
Sonra tələbələrimizdən “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Nəsirov Famil, “İbtidai sinif müəllimliyi” ixtisasından III tədris ili tələbəsi Feyziyeva Zəhranın “Alma almaya bənzər” filmindən “müəllim-şagird” mövzusunda hazırladıqları qısa səhnəcik izlənilmişdir.
Daha sonra “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Rüqəyya Eminovanın çıxışı dinlənilmişdir. O, müəllimlərin peşə bayramlarını poetik parçaların ifasıyla təbrik etmişdir.
Sonda tələbələrimizin hazırladıqları “İmtahan” səhnəciyi izlənilmişdir. Rol icra edən tələbələr “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Babayev Asiman, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV tədris ilinin tələbəsi Qubadova Ramilə maraqlı çıxışlarıyla yadda qalıblar.
Əziz müəllimlərimizi peşə bayramları münasibətilə bir daha təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Cəlilabad rayonunun Təzəkənd kəndində tarixi məkan aşkarlanmışdır
05.10.2022

Cəlilabad rayonunun Təzəkənd kəndinin cənub-qərb hissəsində yeni yaşayış məskəni aşkar olunmuşdur. Təsərrüfat işləri zamanı üzə çıxan mədəni təbəqə burada tarixin qədim izlərinin olduğundan soraq verir. Aşkar olunanan çoxsaylı maddi-mədəni nümunələrinin araşdırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna bu barədə məlumat verilmişdir.
Araşdırma işlərinin həyata keçirilməsində Filialımızın “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə tədqiqatçı
Ələsgər Mirzəzadə yaxından iştirak etmişdir.
Bir qrup tələbəmiz Zaqatala rayonunda yerləşən Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak etmişlər
05.10.2022

Gənclər və İdman Nazirliyi tərəfindən 27 sentyabr - 2 oktyabr tarixlərində Zaqatala rayonunda yerləşən Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil edilmişdir. Proqrama uyğun olaraq, düşərgədə maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, mühazirələr, diskusiyalar, hərbi-fiziki təlimlər, intellektual və idman yarışları keçirilmişdir.
ADPU-nun Cəlilabad filialının tələbələri üçün düşərgə çox uğurlu olmuşdur. Belə ki, düşərgədə iştirak edən 4 tələbəmiz: Əlizadə Aytən İslam qızı Kapitan birinciliyi, Qrup ikinciliyi və müvafiq medalla; Məmmədli Elnurə Aftandil qızı Qrup birinciliyini əldə edərək müvafiq medalla; Əzimov Məhəmməd Aydın oğlu Qrup üçüncülüyü, uyğun medalla; Məmmədov Elmar Elman oğlu isə Qrup dördüncüsü olaraq, hər biri aidiyyatı sertifikatlar əldə etmişlər.
Cəlilabad şəhərində yerləşəşn Şəhidlər Xiyabanı üçün QR kodların, müvafiq videoların hazırlanması və səsləndirilməsində iştirak edən tələbələrimizlə görüşülüb.
04.10.2022

Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Ramil Əmənov Cəlilabad şəhərində yerləşəşn Şəhidlər Xiyabanı üçün QR kodların, müvafiq videoların hazırlanması və səsləndirilməsində iştirak edən tələbələrimizlə görüşüb.
Görüşdə TGT-nın sədr və nümayəndələri ilə gələcək layihələr müzakirə olunub, tələblərə hədiyyələr təqdim edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tələbə Gənclər Təşkilatı ilə I tədris ili tələbələrinin tanışlıq görüşü olub
04.10.2022

Tələbə Gənclər Təşkilatının sədri Sevda Şahmarova, onun müavini Nərmin İsmayılova, TGT nümayəndəsi və Tarix klubunda müavin Aydan Rzazadə filialın I tədris ilinin tələbələri ilə görüş keçiriblər.
Görüşdə tələbələrə TGT haqqında ümumi məlumat verilib, onlara fəal olmaları tövsiyə olunub, müvafiq suallar cavablandırılıb.
Tələbələrlə görüşdə filialın baş müəllimi, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin müdiri Səbinə İsmayılova da iştirak edib. S.İsmayılova şöbə və filial tədbirləri haqqında tələbələrə məlumat verib, onları tədbirlərdə aktiv iştirak etməyə dəvət edirib.
Əminik ki, yeni tədris ili tələbələrimizi də hər zaman zirvələrdə görəcəyik.
Daha bir məzunumuz Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanmışdır
03.10.2022

Həsənov Kənan Sakit oğlu ADPU-nun Cəlilabad filialında “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr pilləsini bitirib.
Məzunumuz Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək 87.5 balla Masallı rayonu, Təzəkənd kənd Rövşən Nəbiyev adına tam orta məktəbinə işə qəbul olunmuşdur. Məktəbdə Tarix fənninin tədrisini həyata keçirəcək məzunumuza gələcək fəaliyyətində uğurlar arzulayırıq.